Haqqımızda :: Naxçıvan Beynəlxalq Hava Limanı



20 Okt 2017

HAVA

Bakı 13.. 15°C
Naxçıvan 11.. 13°C
Lənkəran 15.. 17°C
Gəncə 9.. 11°C

Haqqımızda

Naxçıvan  Beynəlxalq Hava Limanı Azərbaycanda fəaliyyət göstərən Hava Limanları arasında özünəməxsus yer tutur:

Həm sərnişin, həm də yükdaşımalarda yüksək xidmət və uçuşların təhlükəsizliyi təmin edilmişdir. Hava Limanının şəxsi heyət və strukturunun vəzifəsi, uçuşların təhlükəsizliyini və hərəkətini intensiv olaraq nəzarətdə saxlamaqdan  ibarətdir: Uçuşların tam təhlükəsiz həyata keçməsi üçün, Hava Limanında lazımi qaydalara əməl olunur. Bu da  sərnişin daşıma və yükdaşımalarda müsbət   nailiyyətlərin əldə olunmasını göstərir. Bu gün Naxçıvandan Respublikanın paytaxtı Bakı şəhərinə, Gəncə şəhərinə,  habelə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərinə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə uçuşlar həyatakeçirilir. Hal-hazırda Naxçıvan Hava Limanı  demək olar ki, istismarda olan bütün tip təyyarələri qəbul edib yola salma qabiliyyətinə malikdir. Haliyədə olan monolit-beton konstruksiya və 400 tona qədər yükgötürmə qabliyyəti olan Uçuş-Enmə  zolağı bunu deməyə əsas verir.

Karqo Terminal

Karqo Terminal Naxçıvan Beynəlxalq Hava Limanının ərazisində yerləşir. Binannın ümumi tikinti sahəsi 24447.24 m2-dir. Karqo terminalının işçi sahəsi 2400 m2-dir. Yük götürmə qabiliyyəti gün ərzində 100 tondur. Terminalın daxilində 600 m3 tutumlu 20 ton yük götürmə qabiliyyətli 2 ədəd soyuducu kamera vardır. 24 saat saxlanılan mallar üçün  saxlama kamerası, həmçinin kiçik ölçülü yüklərin saxlanma sahəsi var. Terminal müasir standartlara cavab verən işıqlandırma sistemi, havalandırma sistemi, yanğın əleyhinə avadanlıqlarla təchiz olunmuş və sutkalıq video müşahidə ilə təmin edilmişdir. Terminal daxilində ağır yüklərin daşınıb yüklənməsi  üçün 1 ədəd yükqaldırıcı elektromaşın, 10 ədəd orta həcmli və 10 ədəd kiçik həcmli yüklərin daşınması üçün arabalar vardır. Terminalın həm xaricində, həm də daxilində bir dəfəyə 1500 kq çəki qabiliyyətli elektron tərəzilər vardır. Terminalın girişində yüklərin yoxlanılması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1.4x1.4 ölçülü, 350 kq-lıq yük qabiliyyətli rentgen yoxlama aparatı yerləşdirilmişdir.

YSM

Naxçıvan Beynəlxlq Hava Limanının Yanacaq-sürtkü materialları(YSM) xidməti aviayanacaq doldurma kompleksi filtr sistemi ilə təchiz olunmuş qəbul etmə, saxlama, hazırlama və yanacaq doldurma avadanlığı ilə təchiz olunmuşdur. YSM xidməti iki ədəd 500 m3, bir ədəd 50 m3 olan çənlərlə və bir ədəd 7.5 m3, bir ədəd 10.5 m3 olan yanacaq dolduran maşınlarla xidmət göstərir. YSM xidməti bütün tip HG-nı texniki cəhətdən hazırlanmış keyfiyyətli aviayanacaqla doldurmağa qadirdir. Həmçinin yanacaqların keyfiyyətinə nəzarət üçün 3-cü dərəcəli labaratoriyaya malikdir.

Aerovağzal kompleksi:

Aerovağzal kompleksi 2 mərtəbəli binadan ibarətdir. Birinci mərtəbədə iki tərəfli qeydiyyat sistemi, ikinci mərtəbədə isə kafe, sərnişinlərin gözləmə zalı, texniki otaqlar və iş otaqları yerləşir. Naxçıvan Beynəlxalq Hava Limanı beynəlxalq standartlara uyğun qeydiyyat sistemi ilə işləyir və saatda 300 sərnişin qarşılamaq imkanına malikdir.

Kompleksin ərazisində həmçinin sərnişinlərə qulluq etmək üçün taksi və avtobus dayanacaqları da fəaliyyət göstərir. Bununla yanaşı kompleksdə mağazalar, restoran, tibb  xidməti də sərnişinlərin istifadəsindədir.

* Mehmanxana: - Hava Limanından 900 m məsafədə "Nəqşi-Cahan" mehmanxana  kompleksi yerləşir.Yüksək serviz xidməti, komfortlu otaqlar, restoran, bar və s. qonaqların istifadəsindədir.

Aerodrom

Naxçıvan Aerodromu 2004-cü ildən rekonstruksiya edildikdən sonra 400 tona qədər ağırlığı olan bütün tip təyyarələri qəbul edir.

Hava Gəmilərinin uçuş-enmə üçün Aerodrom təminatı:

İstismarda saxlama qaydaları;

Uçuş zolağının təmiri, rənglənməsi;

(markirovka,təmizliyi ,işıqlandırma)

Aerodromun işıqlandırma sisteminin təminatı.

Yanğından mühafizə komandasının hazırlığı.

Orentolojı vəziyyətə nəzarət.

Aerodrom rayonunda aeronaviqasiya xidmətləri

(Azəraeronaviqasiya Hava Hərəkəti idarəsi ilə birlikdə)

Hava hərəkətinin  idarə olunması:

Aeronaviqasiya məlumatlarının təqdim olunması:

Radiotexniki avadanlıqların, aviasiya hava və təsbit edilmiş elektrik rabitəsi vasitələrinin istismara hazırlığının təmin edilməsi;

Aeronaviqasiyanın  meteoroloji təminatı;

Qəza xəbərdarlıq və xilasetmə işlərinin təşkili və təmin edilməsi.

Azərbaycan Hava Yolları QSC-nin fəaliyyəti ilə əlaqədar Naxçıvan Hava Limanı öhdəsinə düşən vəzifələri yerinə yetirir.

Aeroportun ərazisində fəaliyyət göstərən kommunal və texniki xidmətlər

* Elektrik təminatı sistem.

* Qaz təhcizadı sistem

* İstilik mərkəzi

* Su təminatı qovşağı (artezian quyusu)

* Kanalizasiya sistemi bakterolojı təmizləmə.

* Rabitə sistemi

Aerodromun ərazisi 276.6 hektar, suni örtük səthi isə 25 ha.

Perron 10 dayanacağından ibarətdir.(Aerobus, Boinq) tipli təyyarələr üçün Aeroport  iki Uçuş-enmə zolağından ibarət olsada, haliyədə istismar olunan 14 R-32 L beton örtüklü zolaqdır.

14 L-32 R sürmə yolu üçün nəzərdə tutulur.

14 EZ-135 *-315-PSN 150 /R/A/W/T-beton.

DY-“B”-PSN 150/R/A/W/T-beton

DY-“C”-PSN 150 R/A/W/T-beton

Perron–dayanacaq 10- ( Aerobus Boenq )  PSN  150 R/A/W/T-beton

Aeroport sertifikatlaşdırılmışdır.

Aerodrom ərazisində bütün suni səthə həm qış, həm də yay aylarında xüsusi qulluq göstərilir.

Orentoloji işlə əlaqədar:

Texniki göstəricilər nəzərə alınmaqla Beynəlxalq Aviasiya Təşkilatının (İCAO) tələblərinə cavab verən Kanada istehsalı olan “aykustik" quşqovucu avadanlığın quraşdırılması orentolojı vəziyyətə nəzarəti gücləndirir.

İnkişaf planları:

Aerodromun  lazımi  yeni texnolojı avadanlıqları təminatı.

Yanğından mühafizə komandası üçün yeni avadanlıqların olması.

Skidometr Aerodromun səthindəki, ilişmə əmsalını ölçmək üçün xüsusi avadanlığın olması.

İstehsalatın avtomatlaşdırılmış texnikaları ilə tanış olub Hava Limanında quraşdırmaq.

Yeni avadanlıqların alınıb istismara buraxılmasını təmin etmək.






SAYT ÜZRƏ AXTARIŞ