Mehmanxanalar :: Naxçıvan Beynəlxalq Hava Limanı



17 Okt 2017

HAVA

Bakı 12.. 14°C
Naxçıvan 8.. 10°C
Lənkəran 14.. 16°C
Gəncə 10.. 12°C

Mehmanxanalar

"TƏBRİZ" MEHMANXANASI


Naxçıvan Beynəlxalq Hava Limanından 5 km məsafədə, Naxçıvan şəhərində  Dədə Qorqud meydanında yerləşir. Mehmanxananın qarşısında XVIII əsrə aid tarixi memarlıq abidəsi-İsmayılxan hamamı vardır, Dədə Qorqudun heykəli ucaldılıb. Mehmanxana 13 mərtəbəlidir. Beş ulduzludur. 95 nömrəsi var.100 nəfər qonaq qəbul edə bilir. Burada turistlərin və digər qonaqların qəbulu üçün hər cür şərait yaradılıb. Mehmanxanada 150 nəfərlik kiçik və 550 nəfərə xidmət göstərən böyük banket zalı fəaliyyət göstərir.

 

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 17

Tel:   99436 5447701, 99436 5447702

 
   Tebriz oteli
   

"DUZDAĞ" MEHMANXANASI


Naxçıvan Beynəlxalq Hava Limanından 19 kilometr məsafədə yerləşir. Mehmanxananın 324 nəfər qonaq tutumu var. Burada həmçinin idman kompleksi, üzgüçülük hovuzu, sauna, 7 ədəd kottec fəaliyyət göstərir.Oteldə 100 Standart otaq, 35 Junior Suit, 8  VİP Suit, 1 King Suit (Kral Dairəsi) və 7 Villa olmaqla cəmi 151 deluyuks otaq və otaqların Duzdağ yaxud Araz Çayı mənzərəsi var. Bütün otaqlar xalça ilə örtülü və  divar kağızı ilə müasir şəkildə dizayn edilmişdir.Bütün otaqlarda peyk yayımlı TV, daxili xəttli telefon, mini bar, mərkəzi havalandırma sistemi, seyf, duş mövcudur.


Address: Duzdağ Şaxtası yolu, Naxçıvan

Tel: 994 36 444 901;  994 36 444 900

 Duzdag otel
   
 

"NƏQŞİCAHAN" MEHMANXANASI

 

Naxçıvan Beynəlxalq Hava Limanının 800 metrliyində, Şəkərabad kəndində Naxçıvançayın kənarında, gözəl təbiətə malik bir sahədə yerləşir. Motelin 9 nömrəsindən ikisi lüks, yeddisi adi nömrələrdir.Nömrələr  ikinəfərlikdir. Nömrələrdə yaradılmış rahat şəraitlə yanaşı, qonaqlar təbiətin qoynunda dincələ bilərlər.Motelin biri 120, digəri 180 nəfərlik iki banket zalı vardır.Moteldə kiçik zoopark, çay kənarında ayrıca istirahət və yemək üçün kotteclər mövcuddur. Həmçinin 200 nəfərlik yay zalı fəaliyyət göstərir. 

 

Ünvan:  Babək rayonu, Şəkərabad kəndi

Tel:  99436 5441441


 Neqshicahan
   

«QRAND-NAXÇIVAN» MEHMANXANASI


Naxçıvan Beynəlxalq Hava Limanından 4 km məsafədə, Naxçıvan şəhərində yerləşir. 4 mərtəbəlidir. 28 nömrəsi var. 56 nəfər qonaq qəbul edə bilər. Mehmanxanada müştərilərin istirahəti üçün gözəl şərait yaradılıb.

 

Ünvan: Naxçıvan şəhəri, Nağı Əliyev küçəsi

Tel:   99436 5455932, 99436 5455930

 grand
   

 






SAYT ÜZRƏ AXTARIŞ