Ümumi məlumat :: Naxçıvan Beynəlxalq Hava Limanı



20 Okt 2017

HAVA

Bakı 13.. 15°C
Naxçıvan 11.. 13°C
Lənkəran 15.. 17°C
Gəncə 9.. 11°C

Ümumi məlumat

  • Naxçıvan Beynəlxalq Hava Limanı Azərbaycanda fəaliyyət göstərən hava limanları arasında özünəməxsus yer tutur:

    Həm sərnişin, həm də yükdaşımalarda yüksək xidmət və uçuşların təhlükəsizliyi təmin edilmişdir. Hava Limanının şəxsi heyət və strukturunun vəzifəsi, uçuşların təhlükəsizliyini və hərəkətini intensiv olaraq nəzarətdə saxlamaqdan ibarətdir: Uçuşların tam təhlükəsiz həyata keçməsi üçün, Hava Limanında lazımi qaydalara əməl olunur. Bu da sərnişin daşıma və yükdaşımalarda müsbət nailiyyətlərin əldə olunmasını göstərir. Bu gün Naxçıvandan Respublikanın paytaxtı Bakı şəhərinə, Gəncə şəhərinə,  habelə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərinə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə uçuşlar həyata keçirilir. Hal-hazırda Naxçıvan Hava Limanı demək olar ki, istismarda olan bütün tip təyyarələri qəbul edib yola salma qabiliyyətinə malikdir. Haliyədə olan monolit-beton konstruksiya və 400 tona qədər yükgötürmə qabliyyəti olan Uçuş-Enmə zolağı bunu deməyə əsas verir.


  • Karqo Terminal (yük daşıma)

    Karqo Terminal Naxçıvan Beynəlxalq Hava Limanının ərazisində yerləşir. Binannın ümumi tikinti sahəsi 24447.24 m2-dir. Karqo terminalının işçi sahəsi 2400 m2-dir. Yük götürmə qabiliyyəti gün ərzində 100 tondur. Terminalın daxilində 600 m3 tutumlu 20 ton yük götürmə qabiliyyətli 2 ədəd soyuducu kamera vardır. 24 saat saxlanılan mallar üçün saxlama kamerası, həmçinin kiçik ölçülü yüklərin saxlanma sahəsi var. Terminal müasir standartlara cavab verən işıqlandırma sistemi, havalandırma sistemi, yanğın əleyhinə avadanlıqlarla təchiz olunmuş və sutkalıq video müşahidə ilə təmin edilmişdir. Terminal daxilində ağır yüklərin daşınıb yüklənməsi üçün 1 ədəd yükqaldırıcı elektromaşın, 10 ədəd orta həcmli və 10 ədəd kiçik həcmli yüklərin daşınması üçün arabalar vardır. Terminalın həm xaricində, həm də daxilində bir dəfəyə 1500 kq çəki qabiliyyətli elektron tərəzilər vardır. Terminalın girişində yüklərin yoxlanılması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1.4x1.4 ölçülü, 350 kq-lıq yük qabiliyyətli rentgen yoxlama aparatı yerləşdirilmişdir.


  • Aerovağzal kompleksi

    Aerovağzal kompleksi 2 mərtəbəli binadan ibarətdir. Birinci mərtəbədə iki tərəfli qeydiyyat sistemi, ikinci mərtəbədə isə kafe, sərnişinlərin gözləmə zalı, texniki otaqlar və iş otaqları yerləşir. Naxçıvan Beynəlxalq Hava Limanı beynəlxalq standartlara uyğun qeydiyyat sistemi ilə işləyir və saatda 450-500 sərnişin qarşılamaq imkanına malikdir.

    Kompleksin ərazisində həmçinin sərnişinlərə qulluq etmək üçün taksi və avtobus dayanacaqları da fəaliyyət göstərir. Bununla yanaşı kompleksdə mağazalar, restoran, tibb xidməti də sərnişinlərin istifadəsindədir.


  • Aerodrom:

    Naxçıvan Aerodromu 2004-cü ildən rekonstruksiya edildikdən sonra 400 tona qədər ağırlığı olan bütün tip təyyarələri qəbul edir.


  • Hava Gəmilərinin uçuş-enmə üçün Aerodrom təminatı:

    İstismarda saxlama qaydaları;

    Uçuş zolağının təmiri, rənglənməsi;

    (markirovka, təmizliyi, işıqlandırma)

    Aerodromun işıqlandırma sisteminin təminatı.

    Yanğından mühafizə komandasının hazırlığı.

    Orentolojı vəziyyətə nəzarət.


  • Aerodrom rayonunda aeronaviqasiya xidmətləri

    (Azəraeronaviqasiya Hava Hərəkəti idarəsi ilə birlikdə)

    • Hava hərəkətinin idarə olunması:

    • Aeronaviqasiya məlumatlarının təqdim olunması:

    • Radiotexniki avadanlıqların, aviasiya hava və təsbit edilmiş elektrik rabitəsi vasitələrinin istismara hazırlığının təmin edilməsi;

    • Aeronaviqasiyanın meteoroloji təminatı;

    • Qəza xəbərdarlıq və xilasetmə işlərinin təşkili və təmin edilməsi.

    Azərbaycan Hava Yolları QSC-nin fəaliyyəti ilə əlaqədar Naxçıvan Hava Limanı öhdəsinə düşən vəzifələri yerinə yetirir.


  • Aeroportun ərazisində fəaliyyət göstərən kommunal və texniki xidmətlər

    * Elektrik təminatı sistemi

    * Qaz təchizatı sistemi

    * İstilik mərkəzi

    * Su təminatı qovşağı (artezian quyusu)

    * Kanalizasiya sistemi, bakterolojı təmizləmə.

    * Rabitə sistemi


    Aerodromun ərazisi 276.6 hektar, suni örtük səthi isə 25 ha.

    Perron 10 dayanacaqdan ibarətdir.(Aerobus, Boinq) tipli təyyarələr üçün

    Aeroport iki Uçuş-enmə zolağından ibarət olsa da, haliyədə istismar olunan 14 R-32 L beton örtüklü zolaqdır.

    14 L – 32 R sürmə yolu üçün nəzərdə tutulur.

    14 EZ – 135 * -315 –PSN 150 /R/A/W/T-beton.

    DY-“B” - PSN 150 R/A/W/T-beton

    DY-“C” - PSN 150 R/A/W/T-beton

    Perron–dayanacaq 10- ( Aerobus Boeinq ) PSN 150 R/A/W/T-beton

    Aeroport sertifikatlaşdırılmışdır.

    Aerodrom ərazisində bütün suni səthə həm qış, həm də yay aylarında xüsusi qulluq göstərilir.

    Orentoloji işlə əlaqədar:

    Texniki göstəricilər nəzərə alınmaqla Beynəlxalq Aviasiya Təşkilatının (İCAO) tələblərinə cavab verən Kanada istehsalı olan “aykustik" quşqovucu avadanlığın quraşdırılması orentolojı vəziyyətə nəzarəti gücləndirir.


  • İnkişaf planları:

    • Aerodromun lazımi yeni texnolojı avadanlıqları təminatı.

    • Yanğından mühafizə komandası üçün yeni avadanlıqların olması.

    • Skidometr Aerodromun səthindəki, ilişmə əmsalını ölçmək üçün xüsusi avadanlığın olması.

    İstehsalatın avtomatlaşdırılmış texnikaları ilə tanış olub Hava Limanında quraşdırmaq.

    Yeni avadanlıqların alınıb istismara buraxılmasını təmin etmək.


Hava limani
 
dsc_0605.jpg
 

 
dsc_0735.jpg
 

qaraj 
   





SAYT ÜZRƏ AXTARIŞ