Uçuşların təhlükəsizliyi :: Naxçıvan Beynəlxalq Hava Limanı



20 Okt 2017

HAVA

Bakı 13.. 15°C
Naxçıvan 11.. 13°C
Lənkəran 15.. 17°C
Gəncə 9.. 11°C

Uçuşların təhlükəsizliyi

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsizliyinin və aviasiya  təhlükəsizliyinin təmini


 Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin həyat və sağlamlığının, hava limanı müştərilərinin və qonaqların həyat və sağlamlıqlarının qorunması həmçinin qeyri-qanuni silah, partlayıcı maddə və digər təhlükəli əşyaların keçirilməsinin qarşısının alınmasına və təhlükəsizlik tədbirlərinə Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidməti xüsusi fikir verir. Bu məsələlərin həlli Hava Limanının Təhlükəsizlik Xidmətinə həvalə olunur. Təhlükəsizlik Xidmətinin təhlükəsizliyi təmin etmək üçün müvafiq sertifikatı və Azerbaycan Milli Aviasiya Akademiyası tərəfindən verilmiş xüsusi lisenziyası var. Müəsissənin fəaliyyəti aşağıdakı istiqamətlərdə aparılır :

  •     Naxçıvan Beynəlxalq Hava Limanının ərazisində təhlükəsizliyi təmin etmək ;

  •     Hava gəmiləri, sərnişinləri, gəmi ekipajının üzvlərini, xidməti personalı, baqajı və əl yükünü yoxlamaq;

  •     Yük, poçt və göyərtənin yoxlanılması;

  •     Vəsiqə və obyektdaxili rejimin təmin olunması;

  •     Hava gəmilərinin, Hava Limanı ərazisinin və onun içində olan mülkü sərnişin daşımanın qorunmasını təmin etmək;

  •     Sərnişinlərin həyatının və sağlamlığının qorunması;

  •     Sərnişinlərin əşyalarının qorunması;

  •     Qeyri-qanuni qaydaların aşkarlanması zamanı lazımi təlimatların verilməsi;

  •     Kütləvi tədbirlərin aparıldığı yerdə qayda-qanunun qorunması;

Aviasiya Təhlükəsizlik Xidməti əməkdaşı müntəzəm olaraq xüsusi təlim mərkəzlərində, yaxın və uzaq xaricdə ixtisasartırma kursları keçir. Bunun üçün Aviasiya Təhlükəsizlik bazasında Aviasiya Təlim Mərkəzi yaradılıb. Bu mərkəz Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyasına və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəqliyyat xidmətində nəzarətə dair sertifikata malikdir. Aerovoğzal kompleksinin təhlükəsizliyinin təmin olunmasının operativ idarəsi və hava limanı ərazisinə nəzarət mərkəzləşdirilmiş dispetçer mərkəzi tərəfindən həyata keçirilir. Baxış zamanı şəxsi yoxlama (profaylinq) metodundan istifadə edilir. Hava Limanı binasının qorunması xüsusi təlim keçmiş  itlərə malik olan əməkdaşlar tərəfindən həyata keçirilir. Xüsusi təlim keçmiş əməkdaşlar həmçinin təlim müəsissələrinin yoxlanılmasına cəlb olunur .Terrora qarşı, şübhəli əşyaların aşkarlanması üçün və aviatransportu yoxlamaq üçün (əgər məlumat və ya siqnal varsa) bu əməkdaşlar cəlb olunurlar. Hava Limanının zalına, uçuş xətti və nəzarət keçidlərinə bütün gün ərzində görüntülü sistemlər tərəfindən nəzarət olunur. Hava Limanının qarşısında və digər ərazi yaxınlıqlarında təhlükəsizlik zonaları yaradılır. Təhlükəsizlik Xidmətinin effektli nəzarətini təmin etmək üçün müasir texniki vasitələrdən istifadə olunur. Həmçinin partlayıcı maddələrin, silahların və digər əşyaların aşkar edilməsi üçün yerli və daşınan alətlərdən istifadə edilir. Baqajın növləşdirilməsi üçün avtomatk sistem mövcuddur və bu sistem mülki hava gəmilərində daşınması qadağan olunan əşyaları üzə çıxarır. Hər bir hava gəmisi görüntülü nəzarət altında olur və sərnişinlərin minişi başlanmadan əvvəl salonun yoxlanılması həyata keçirilir. Kriz vəziyyətində təhlükəsizliyin təmin edilməsi üçün xüsusi əməliyyat qrupu yaradılır. Naxçıvan Beynəlxalq Hava Limanının Aviasiya Təhlükəsizlik Xidməti xüsusi təlim keçmiş qrupa malikdir. Təhlükəsizlik xidmətinin səviyyəsinin qaldırılması üçün atomatlaşdırılma və informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların müntəzəmliyi, mədəniyyəti və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üzrə Aviasiya Təhlükəsizlik Xidməti qarşısına qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

Uçuşların təhlükəsizliyi
 
Uçuşların təhlükəsizliyi





SAYT ÜZRƏ AXTARIŞ