Uşaqlar :: Naxçıvan Beynəlxalq Hava Limanı



17 Okt 2017

HAVA

Bakı 12.. 14°C
Naxçıvan 8.. 10°C
Lənkəran 14.. 16°C
Gəncə 10.. 12°C

Uşaqlar

Müşayiət olunmayan uşaqların daşınması zamanı aşağıdakı prosedurlar yerinə yetirilməlidir:

Müşayiət olunmayan uşağın daşınmasına dair onun valideyinlərinin (və yaxud himayədarlarının) standart formada olan ərizəsi doldurulmalı və həmçinin həmin ərizə rəsmi qaydada notarial qaydada təsdiq olunmalıdır. Ərizə hər iki valideyn və ya uşağın himayədarı tərəfindən imzalanmalıdır. Müşayiət olunmayan uşaqların daşınmasına görə normal sərnişin tarifinin 100% - lik ölçüsündə haqq alınır. Müşayiət olunmayan uşaqlar təsdiq olunmuş statuslu aviabilet və daşıyıcının əvvəlcədən verdiyi razılığı olduğu təqdirdə daşınmaya buraxılır. Müşayiət olunmayan uşaqlar Hava Limanına hava gəmisinin uçuş anına qədər Hava Limanında olmalı valideynin və ya himayədarın müşayiəti altında gəlməlidir. Valideynlər və ya himayədarlar müşayiət olunmayan uşağı marşurutun son nöqtəsindəki Hava Limanında qarşılamalıdırlar. Müşayiət olunmayan uşaqların daşınmasına görə heç bir güzəşt tətbiq olunmur.






SAYT ÜZRƏ AXTARIŞ