Əlil sərnişinlər :: Naxçıvan Beynəlxalq Hava Limanı



17 Okt 2017

HAVA

Bakı 12.. 14°C
Naxçıvan 8.. 10°C
Lənkəran 14.. 16°C
Gəncə 10.. 12°C

Əlil sərnişinlər

Xəstə/əlil sərnişinlər fiziki və ya psixi durumu individual diqqət tələb edən(minik, düşmə, uçuş zamanı təcili evakuasiya, yerüstü xidmət zamanı) sərnişinlər hesab edilir.

Sərnişinlərin fiziki və ya psixi qeyri-normallığı aşkar surətdə bilindiyi halda sərnişinlərin, onların qohumlarının, yaxud da turagentlərin müraciətləri əsasında Hava Limanı onların daşınması ilə əlaqədar prosedurları həyata keçirir.

Daşıyıcı sərnişinlərin fiziki vəziyyəti və yaxud tibbi şəhadətnamə göstərilən faktlara əsaslanaraq  o şəxslərin daşınmasına icazə vermir ki, onların durumu digər sərnişinlərin təhlükəsizliyinə və yaxud əmlakına xələl gətirə bilər.

Belə sərnişinlər daşıyıcının tibbi qurumları tərəfindən müayinə edilməli, onların  fiziki və psixi durumları barədə daşıyıcıya məlumat verilməlidir.

Sərnişin satış üzrə agentə müracit etdikdə hər bir xəstə/əlil sərnişin üçün İNCAD blankının birinci hissəsi və yaxud avtomatlaşdırılmış informasiya sistemində çap olunmuş informasiya blankı tərtib edilir. (İNCAD-xəstə/əlil sərnişinlərə xidmət haqda məlumatdır. Avianəqliyyat vasitəsilə səfər etmək üçün tibbi razılığın alınması və həmin standart prosedurları sadələşdirmək məqsədi ilə İNCAD standart formasınının tətbiqi geniş yayılıb və tövsiyyə olunur.)

Əgər əlavə tələblər mövcuddursa, yaxud İNCAD-ın ikinci hissəsi doldurulubsa, bu zaman blank sərnişinin özü tərəfindən və yaxud onun nümayəndəsi tərəfindən imzalanmalıdır. İNCAD-ın birinci hissəsi biletə bərkidilməlidir. Əgər sərnişin kar və ya kordursa bu prosedurları həyata keçirmirlər.

Təhlükəsizlik tələbləri, texniki və ya sistismar tələblərini təmin etmək məqsədilə daşıyıcı öz reysində xəstə/əlil sərnişinlərin sayını məhdudlaşdıra bilər.







SAYT ÜZRƏ AXTARIŞ