Sərhəd nəzarəti :: Naxçıvan Beynəlxalq Hava Limanı

Sərhəd nəzarəti

Azərbaycan Respublikasına gəlmək və Azərbaycan Respublikasından getmək hüququ aşağıda qeyd olunan sənədlərdən biri əsasında həyata keçirilir:

Ümumvətəndaş pasportu

Diplomotik pasport

Xidməti pasport

Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi  üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi

Qeyd 1:

AR vətəndaşları xarici ölkədə pasportlarını itirdikdə, pasortu oğurlandıqda, pasportu yararsız hala düşdükdə və ya pasportun etibarlılıq müddəti bitdikdə-vətənə qayıdış şəhadətnaməsi vasitəsilə gələ bilərlər. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (laissiez-passer) vətənə qayıtmaq üçün dövlət sərhəddini bir dəfə keçməyə əsas verən sənəddir. Qayıdış şəhadətnaməsi Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasının vətandaşının, habelə Azərbaycan Respublikasında daimi əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Aazərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququnu həyata keçirən sənəddir.

Qeyd 2:

18 yaşına çatmamış AR vətəndaşlarının ölkədən getmək və gəlmə hüququ aşağıdakı qaydada həyata keçirilir:

Müstəsna hallarda, yəni təhsil almaq, beynəlxalq tədbirlərdə iştrak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün qanunla müəyyən edilmiş qaydada pasport əldə edə və ölkədən gedə və ölkəyə gələ bilərlər.

Digər bütün hallarda 18 yaşına çatmamış vətəndaş valideynləri (və ya valideynlərindən biri), qanuni nümayəndəsi və ya himayəçisinin müşayiəti ilə bu hüququnu həyata keçirə bilər.  Bunun üçün 18 yaşına çatmamış vətəndaş qanunla müəyyən edilmiş qaydada, valideynlərindən birinin və ya qanuni nümayəndəsinin pasportlarına yazılmalı, fotoşəkilləri yapışdırılmalı və möhürlə təsdiqlənməlidir.

Yadda saxlamaq lazımdır ki, hər bir halda 18 yaşına çatmamış vətəndaş ölkədən yalnız öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərindən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Təyyarə ekipajı: Pasport və baş deklarasiya tələb olunur. Ekipaj heyəti xüsusi geyimdə (uniformada) olmalıdır.   






SAYT ÜZRƏ AXTARIŞ