Gömrük nəzarəti :: Naxçıvan Beynəlxalq Hava Limanı

Gömrük nəzarəti

Azərbaycan Respublikasına daxil olarkən doldurulmuş gömrük deklarasiyası ölkəni tərk edənə qədər saxlanılmalıdır. Qeyd olunan deklarasiya ölkədən gedəndə gömrük əməkdaşlarına təqdim edilməlidir.

Şəxsi istifadə üçün gətirilmiş və gömrük deklarasiyasına daxil edilmiş videokameraya xüsusi icazə tələb olunmur.

Dövlət və ictimai təhlükəsizliyin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, heyvan və bitkilərin, ətraf mühitin, azərbaycan xalqının və digər xalqların tarixi, arxeoloji və bədii sərvətlərinin, mülkiyyət hüququnun, həmçinin əqli mülkiyyət hüququnun obyektlərinin qorunması məqsədilə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə nəzərdə tutulmuş hallarda müəyyən malların ölkəyə gətirilməsinə və ölkədən çıxarılmasına qadağa qoyula bilər.






SAYT ÜZRƏ AXTARIŞ