Viza nəzarəti :: Naxçıvan Beynəlxalq Hava Limanı

Viza nəzarəti

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xüsusi ayrılmış sərhəd nəzarət məntəqələrindən keçmək şərti ilə etibarlı şəxsi pasportları ilə rəsmiləşdirilmiş müvafiq icazə-viza əsasında Azərbaycan Respublikasına (Naxçıvan Muxtar Respublikasına) gələ və Azərbaycan Respublikasından (Naxçıvan Muxtar Respublikasından) gedə bilərlər.

Azərbaycan Respublikasına (Naxçıvan MR-na) gəlmək üçün viza tələb olunmur:

Azərbaycan Respublikası vətəndaşlarından.

Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında saziş imzalamış ölkələrin etibarlı pasportlara malik vətəndaşlarından.

Azərbaycan Respublikası ilə diplomatik və xidməti pasportlara malik vədəndaşların vizasız gediş-gəlişi haqqında saziş imzalamış ölkələrin etibarlı diplomatik və xidməti pasportlara malik vətəndaşlarından.






SAYT ÜZRƏ AXTARIŞ