Aerovağzalın yenidən qurulması :: Tikinti xəbərləri :: Naxçıvan Beynəlxalq Hava Limanı



20 Okt 2017

HAVA

Bakı 13.. 15°C
Naxçıvan 11.. 13°C
Lənkəran 15.. 17°C
Gəncə 9.. 11°C

XƏBƏRLƏR / Aerovağzalın yenidən qurulması


  

 

 



       

          Aerovağzal kompleksinin yenidənqurma işləri çərçivəsində layihə tapşırığına uyğun tikinti quraşdırma işlərinin II mərhələsində nəzərdə tutulan işlər yerinə yetirilmişdir. Bu məqsədə noyabrın 12 – də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov və “Azərbaycan Hava Yolları ” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal kompleksində layihəyə uyğun yerinə yetirilmiş işlərlə tanış olmuşlar. Çox yüksək səviyədə rekonstruksiya olunmuş terminal binasının “A” korpusu sərnişinlərin ixtiyarına verilmişdir. Tibb məntəqəsi, ana və uşaq otağı, geniş və işıqlı gözləmə zalları müasir dizaynla bəzədilmişdir. Hava Nəqliyyatının işinin modernləşdirilməsi, yüksək mədəni xidmət üçün yaradılmış münbit şərait gömrük, miqrasiya və sərhəd xidmətlərin hava Limanındakı bölmələrini də əhatə etmişdir. Sərnişinlərə xidmət göstərəcək 2 ədəd lift, 2 ədəd eskalator keçid körpülərindən Hava Gəmisinə uzanan teleskopik trap eləcədə baqaj konveeri  və digər avadanlıqlar hava limanında yeni infrastruktur layihələrdəndir. Rekonstruksiya işlərin əsas üstün cəhəti binada miniklə gəliş bölmələrinin ayrılması və saatlıq sərnişin dövriyyəsinin 150 – 200 nəfərdən  400-500 nəfərə çatdırılmasıdır.






SAYT ÜZRƏ AXTARIŞ