XƏBƏRLƏR :: Naxçıvan Beynəlxalq Hava Limanı



05 Dek 2023

HAVA

Bakı 7.. 9°C
Naxçıvan 0.. -2°C
Lənkəran 7.. 9°C
Gəncə 11.. 13°C

XƏBƏRLƏR

06.05.2021

Istanbul


TK-326 reysi 15.05.2021-ci il tarixindən 30.10.2021-ci il tarixinədək həftənin şənbə günləri yerinə yetiriləcəkdir.

İstanbul qalxacaq: 06:35;

Gəncə enəcək: 08:50;

Gəncə qalxacaq: 09:35;

Naxçıvan enəcək: 10:25;

Naxçıvan qalxacaq: 11:15;

İstanbul enəcək: 14:00.


TK-328 reysi 18.05.2021-ci il tarixdən 26.10.2021-ci il tarixədək həftənin çərşənbə axşamı günləri yerinə yetiriləcəkdir:

İstanbul qalxacaq: 08:40;

Naxçıvan enəcək: 10:55;

Naxçıvan qalxacaq: 11:40;

Gəncə enəcək: 12:30;

Gəncə qalxacaq: 13:20;

İstanbul enəcək: 16:00.

29.04.2021

Moskva

Naxçıvan- Moskva reysi 03.05.2021-ci il tarixdən bərpa olunur.
Uçuşlar hər həftənin bazar ertəsi 14:30 -da həyata keçiriləcək.

30.01.2019

Şahbuz Aviakassası

Şahbuz şəhərində yeni Aviakassa binası istifadəyə verilmişdir

 

Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə Naxçıvan Beynəlxalq Hava Limanında keyfiyyətcə yeni mərhələnin əsasları yaradılmışdır. Belə ki, burada xidmət səviyyəsinin yüksəldilməsi, uçuşların təhlükəsizliyinin artırılması və maddi-texniki təminatın gücləndirilməsi müasir dövrün tələblərinə tamamilə uyğunlaşdırılmışdır. Müvafiq sahə üzrə islahatların və innovativ inkişafın nəticələrindən səmərəli şəkildə istifadə olunması xidmətimizdən yararlanan sərnişinlərin rahatlığına hesablanmışdır.


Yanvar ayının 30-da Şahbuz şəhərində müasir memarlıq üslubunda Aviakassanın istifadyə verilməsi həmin tədbirlərin tərkib hissəsidir.


Binanın ümumi sahəsi 410 kvadratmetrdir. Birinci mərtəbə sərnişinlər üçün 104 kvadratmetrlik gözləmə zalından, kassalardan, təhlükəsizlik və texniki otaqlardan ibarətdir. Aviakassada enerji sisteminin tənzimlənməsi məqsədilə 1 ədəd 15 kilovoltamper gücündə statik tənzimləyici, 1 ədəd 10 kilovoltamper gücündə alternativ enerji mənbəyi avadanlıqları quraşdırılmışdır.


Bilet satış kassalarına 3 ədəd kompüter dəsti, server üçün 2 ədəd kompüter kassası, şəbəkəpaylayıcı, 2 ədəd printer avadanlığı, sərnişinlər üçün 1 dəst sensorlu növbə aparatı, 1 ədəd POS-terminal quraşdırılmış və istifadəyə tam hazır vəziyyətdədir.


Təhlükəsizliyin təmin olunması üçün binada 7 kamera, 1 ədəd 16 kanallı şəbəkə videoqeydiyyatçı, 1 televizor quraşdırılmışdır.


Aviakassanın ikinci mərtəbəsində isə 3 xidmət otağı və bufet yerləşir.


Binaya sürətli internet xətti çəkilmiş, fərdi istilik sistemi və mərkəzi soyutma sistemi ilə təchiz olunmuş, yanğına qarşı dedektorlar quraşdırılmışdır.


Aviakassa həm daxildən, həm də xaricdən müasir işıqlandırma sistemi ilə təmin edilmişdir. Binanın daxilinə sərnişinlərin rahatlığı üçün oturacaqlar quraşdırılmış və xüsusi dizaynla hazırlanmış mebel dəstləri yerləşdirilmişdir.


Yeni yaradılmış aviakassada 9 nəfər işlə təmin olunmuşdur.


 

 

01.12.2015

Naxçıvan Beynəlxalq Hava Limanının "Şərq Terminalı" ilə tanışlıq

 

 

 

 

             Naxçıvan Beynəlxalq Hava limanının mövcud aerovağzal binasının yenidənqurulmasının tikintisi üzrə layihə tapşırığına uyğun “Şərq Terminalı”da görülmüş işlər başa çatdırılmışdır. Aerovağzal kompleksinin yenidən qurulması işləri çərçivəsində birinci  korpusun istismara hazırlanması zamanı İKAO-nun norma və tələblərinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşların təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunmuşdur.Terminal binasının əsas korpusuna birləşdirilən keçid körpüləri, teleskopik sərnişin trapları, 2 ədəd eskalator, 1 ədəd 800 kq-lıq,1 ədəd isə 675 kq-lıq əlil və hərəkət məhdudiyyəti zəif olan sərnişinlər üçün lift avadanlıqları, yeni baqaj konveeri, ana və uşaq otağı, tibb məntəqəsi və.s bu kimi vacib xidmətləri özündə birləşdirən yüksək interyerlə bəzədilmiş terminalın birinci və ikinci mərtəbələri sərnişinlərin ixtiyarına verilmişdir.  Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanış oldu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbov dövlətimizin başçısına terminalın texniki göstəriciləri barədə məlumat verdi. Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Bütün bu yeniliklər hava limanının sərnişin və yük daşınma dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 450-500 nəfərə çatdırılmasını təmin edəcəkdir.

 


 

12.11.2015

Aerovağzalın yenidən qurulması


  

 

 



       

          Aerovağzal kompleksinin yenidənqurma işləri çərçivəsində layihə tapşırığına uyğun tikinti quraşdırma işlərinin II mərhələsində nəzərdə tutulan işlər yerinə yetirilmişdir. Bu məqsədə noyabrın 12 – də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov və “Azərbaycan Hava Yolları ” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal kompleksində layihəyə uyğun yerinə yetirilmiş işlərlə tanış olmuşlar. Çox yüksək səviyədə rekonstruksiya olunmuş terminal binasının “A” korpusu sərnişinlərin ixtiyarına verilmişdir. Tibb məntəqəsi, ana və uşaq otağı, geniş və işıqlı gözləmə zalları müasir dizaynla bəzədilmişdir. Hava Nəqliyyatının işinin modernləşdirilməsi, yüksək mədəni xidmət üçün yaradılmış münbit şərait gömrük, miqrasiya və sərhəd xidmətlərin hava Limanındakı bölmələrini də əhatə etmişdir. Sərnişinlərə xidmət göstərəcək 2 ədəd lift, 2 ədəd eskalator keçid körpülərindən Hava Gəmisinə uzanan teleskopik trap eləcədə baqaj konveeri  və digər avadanlıqlar hava limanında yeni infrastruktur layihələrdəndir. Rekonstruksiya işlərin əsas üstün cəhəti binada miniklə gəliş bölmələrinin ayrılması və saatlıq sərnişin dövriyyəsinin 150 – 200 nəfərdən  400-500 nəfərə çatdırılmasıdır.

1 2





SAYT ÜZRƏ AXTARIŞ