XƏBƏRLƏR :: Naxçıvan Beynəlxalq Hava Limanı



18 Noy 2017

HAVA

Bakı 11.. 13°C
Naxçıvan 7.. 9°C
Lənkəran 12.. 14°C
Gəncə 7.. 9°C

XƏBƏRLƏR

15.04.2015

Şərur aviakassası

 

 

       Regionlarda mülki aviasiyanın funksiyalarını intensiv inkişafını daha da modernləşdirmək və xidmətin səviyyəsini yüksəldilməsi istiqamətində 15 aprel 2015- ci il tarixdə Şərur şəhərində yeni aviakassa binası istifadəyə verilmişdir. Əsasən Şərur, Sədərək və Kəngərli rayonlarının əhalisinə xidmət göstəriləcək. Bu bölgələrin əhalisi Naxçıvan-Bakı-Naxçıvan və digər istiqamətlərə eləcədə Bakı şəhərindən müxtəlif marşurutlarla aviabilet almaq imkanı əldə edəcəklər. Müasir memarlıq üslubunda tikilmiş iki mərtəbədən ibarət olan bu binanın daxili dizaynıda göz oxşayır. Rəsmi açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbov iştirak etmişdir. Açılış mərasimindən sonra aviakassa binasının qapıları sərnişinlərin üzünə açılmış, bilet satışı artıq həyata keçrilməyə başlanmışdır. 

 

29.03.2015

Ordubad aviakassası

 

               



    Yeni infrastruktur layihə çərçivəsində daha bir obyektin açılış mərasimi olmuşdu. 29 mart 2015 - ci il tarixdə Ordubad şəhərinin mərkəzində II mərtəbədən ibarət olan "Aviakassa" binasının açılış mərasimi keçirilmişdir. Mərasimdə Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbov iştirak etmişdir. Ali Məclisin Sədri demişdir: "Naxçıvan Beynəlxalq Hava Limanının inkişafı sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək, muxtar respublika əhalisinə müasir hava nəqliyyatı xidməti göstəriləcəkdir". Aviakassada müasir avadanlıqlar quraşdırılmışdır. Yaradılan şərait aviakassada Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakıdan başqa ölkələrə getmək istəyən rayon sakinləri üçün də bilet satışını həyata keçirməyə imkan verəcəkdir. Ali Məclisin Sədri Ordubad şəhər aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

1 2





SAYT ÜZRƏ AXTARIŞ