XƏBƏRLƏR :: Naxçıvan Beynəlxalq Hava Limanı



18 Noy 2017

HAVA

Bakı 11.. 13°C
Naxçıvan 7.. 9°C
Lənkəran 12.. 14°C
Gəncə 7.. 9°C

XƏBƏRLƏR

26.03.2017

ELAN

Naxçıvan Beynəlxalq Hava Limanından uçan aviareyslərin uçuş saatında dəyişiklik edilib



26 mart 2017-cı il tarixdən etibarən " Azərbaycan Hava Yolları " ( AZAL )  aviaşirkətinin Bakı-Naxçıvan-Bakı  istiqamətində olan reyslərin uçuş cədvəlinə  dəyişiklik edilib.

" Azerbaycan Hava Yolları " ( AZAL ) aviaşirkətinin Bakı-Naxçıvan-Bakı  istiqamətində  sərnişinlərin yeni cədvələ uyğun olaraq hava limanına  gəlməyi xahiş olunur.

26 mart 2016-cı il tarixindən etibarən İstanbul-Naxçıvan-Gəncə  və Moskva-Naxçıvan-Moskva reyslərinin də vaxtında dəyişiklik olmuşdur.


 

01.12.2015

Naxçıvan Beynəlxalq Hava Limanının "Şərq Terminalı" ilə tanışlıq

 

 

 

 

             Naxçıvan Beynəlxalq Hava limanının mövcud aerovağzal binasının yenidənqurulmasının tikintisi üzrə layihə tapşırığına uyğun “Şərq Terminalı”da görülmüş işlər başa çatdırılmışdır. Aerovağzal kompleksinin yenidən qurulması işləri çərçivəsində birinci  korpusun istismara hazırlanması zamanı İKAO-nun norma və tələblərinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşların təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunmuşdur.Terminal binasının əsas korpusuna birləşdirilən keçid körpüləri, teleskopik sərnişin trapları, 2 ədəd eskalator, 1 ədəd 800 kq-lıq,1 ədəd isə 675 kq-lıq əlil və hərəkət məhdudiyyəti zəif olan sərnişinlər üçün lift avadanlıqları, yeni baqaj konveeri, ana və uşaq otağı, tibb məntəqəsi və.s bu kimi vacib xidmətləri özündə birləşdirən yüksək interyerlə bəzədilmiş terminalın birinci və ikinci mərtəbələri sərnişinlərin ixtiyarına verilmişdir.  Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanış oldu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbov dövlətimizin başçısına terminalın texniki göstəriciləri barədə məlumat verdi. Ümumiyyətlə sərnişinlərin rahatlığı üçün terminalda bütün zəruri tədbirlər görülüb. Bütün bu yeniliklər hava limanının sərnişin və yük daşınma dövriyyəsini 2 dəfədən çox artıraraq saatda 150-200 nəfərdən 450-500 nəfərə çatdırılmasını təmin edəcəkdir.

 


 

12.11.2015

Aerovağzalın yenidən qurulması


  

 

 



       

          Aerovağzal kompleksinin yenidənqurma işləri çərçivəsində layihə tapşırığına uyğun tikinti quraşdırma işlərinin II mərhələsində nəzərdə tutulan işlər yerinə yetirilmişdir. Bu məqsədə noyabrın 12 – də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov və “Azərbaycan Hava Yolları ” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal kompleksində layihəyə uyğun yerinə yetirilmiş işlərlə tanış olmuşlar. Çox yüksək səviyədə rekonstruksiya olunmuş terminal binasının “A” korpusu sərnişinlərin ixtiyarına verilmişdir. Tibb məntəqəsi, ana və uşaq otağı, geniş və işıqlı gözləmə zalları müasir dizaynla bəzədilmişdir. Hava Nəqliyyatının işinin modernləşdirilməsi, yüksək mədəni xidmət üçün yaradılmış münbit şərait gömrük, miqrasiya və sərhəd xidmətlərin hava Limanındakı bölmələrini də əhatə etmişdir. Sərnişinlərə xidmət göstərəcək 2 ədəd lift, 2 ədəd eskalator keçid körpülərindən Hava Gəmisinə uzanan teleskopik trap eləcədə baqaj konveeri  və digər avadanlıqlar hava limanında yeni infrastruktur layihələrdəndir. Rekonstruksiya işlərin əsas üstün cəhəti binada miniklə gəliş bölmələrinin ayrılması və saatlıq sərnişin dövriyyəsinin 150 – 200 nəfərdən  400-500 nəfərə çatdırılmasıdır.

14.07.2015

E L A N

E  L  A  N

 

14 iyul 2015-ci il tarixdən etibarən Naxçıvan Beynəlxalq Hava Limanının Naxçıvan, Ordubad və Şərur şəhərlərində yerləşən aviakassalarında

“Aeroflot”, “Türk Hava Yolları”, “Qətər Hava Yolları”, “Ukrayna Hava Yolları”, “Qazağıstan Hava Yolları” və “Azərbaycan Hava Yolları” vasitəsilə həyata keçirilən bütün istiqamətlər üzrə bilet satışı başlanmışdır. Aviakassalardan bilet almaqla dünyanın istənilən nöqtəsinə səyahət edə bilərsiniz.

                                           

Sizə xoş və rahat uçuşlar arzulayırıq.

 

 

Əlaqə nömrələri:

Naxçıvan şəhər aviakassa:

                                      (036)-545-28-68

Ordubad şəhər aviakassa:  

                                                        (036)- 547-10- 41; 547-07-82,

                          Naxtel (060)-540-97-16

Şərur şəhər aviakassa:       

                              (036)-542-28-22; 542-29-90,                             

                          Naxtel (060)-540-97-15

 


E-mail:  airportnakhchivan@gmail.com       

 

02.06.2015

2 iyun Mülki Aviasiya işçilərinin peşə bayramı günüdür

 

 

        Mülki Aviasiya işçilərinin peşə bayramı günü münasibətilə Naxçıvan Beynəlxalq Hava Limanında tədbir keçrilmişdir. Tədbirdə çıxış edənlər Mülki Aviasiya işçilərinin peşə bayramı gününün təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006 - cı il 18 may tarixli sərəncamını xatırlatmış, ölkəmizdə bu nəqliyyat növünün dünya standartları səviyyəsinə yüksəldilməsində Ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən ətraflı söhbət açmışlar. Qeyd olunmuşdur ki, 2003 cü ildə prezidentlik estafetini qəbul edən İlham Əliyev hər sahədə olduğu kimi, aviasiya sahəsində də ulu öndərin siyasətini davam etdirdi. Onun rəhbərliyi ilə Respublika Milli Aviasiyanın 2004-2010 cu il üçün II inkişaf proqramı qəbul olundu. Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının inkişafı sahəsində də kompleks tədbirlər həyata keçrilmişdir. Qeyd olunmuşdur ki, yeni infrastruktur layihələri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanında xidmətin nümunəvi təşkili təmin edilir. Ordubad və Şərur şəhərlərində yeni aviakassa binaları tikilib istifadəyə verilməsi, Hava Gəmilərinə xidmət göstərən yeni maşın-mexanizmlərinin alınıb istismara verilməsi, Aerovağzal kompleksinin yenidən qurulması rekanustruksiyası işləri bu qəbilədən olan layihələrdəndir. Tədbirdə Muxtar Respublika hava nəqliyyatının modernləşdirilməsinə, uçuşların və aviasiya təhlükəsizliyiynin təmin olunması üçün tövsiyə olunana Beynəlxalq təcrübəyə əsaslanan proqramların Hava Limanına tətbiq olunması üçün göstərdiyi dövlət qayğısına görə Naxçıvan MR Ali Məclisinin sədri Cənab Vasif Talıbova minnətdarlıq ünvanlanmışdır. Tədbirdə gələcəkdə Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların əhatə dairəsinin genişləndirilməsi, eləcədə Aerovağzal kompleksinin genişləndirilməsi işləri çərçivəsində illik sərnişin dövriyyəsinin artırılması barədə məruzələr dinlənilmişdir. Tədbirə veteran işçilər dəvət olunması və onların müxtəlif hədiyələrlə mükafatlandırılmışlar. İki əməkdaş isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tərəqi medalı ilə təltif olunmuşdur. 

1 2





SAYT ÜZRƏ AXTARIŞ